Azərbaycan para-atleti Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran-pridə qızıl medal sahibi olub.
Offsideplus.az xəbər verir ki, o, 400 metr məsafəyə qaçışda 56.75 saniyə nəticə göstərərək birinci yeri tutub.
Paralimpiya çempionu bu göstərici ilə cari ilin iyulunda Fransanın paytaxtı Parisdə təşkil olunacaq dünya birinciliyinə lisenziya əldə edib.