Azərbaycanın boççia idman növü üzrə paralimpiyaçıları Bəhruz Miryəyev (BC-4) və Sona Ağayeva (BC-2) Xorvatiyanın Zaqrebdə keçirilən “Intercontinental Challenger” çempionatında finala vəsiqə qazanıblar.

Offsideplus.az xəbər verir ki, finalda Mirzəyev ukraynalı Artyom Kolinko, Ağayeva isə portuqaliyalı Ana Korreya ilə qarşılaşacaqlar.

Digər idmançı Orxan Kərimov (BC-2) isə bürünc medal uğrunda qarşılaşmada çexiyalı Yozef Zabka ilə mübarizə aparacaq.

Final görüşü aprelin 7-si saat 19.00-da, bürünc medal uğrunda qarşılaşma isə saat 18.00-da başlayacaq.

Yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.