Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası ilə bağlı qərar açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) rdopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioneri 8 illik müddətinə yarışlardan diskvalifikasiya edilib.

 Orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılan idmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanıb.

Qeyd edək ki, Boyanka Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012, 2015 və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. O həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.