Böyük Britaniyanın idman gimnastikası üzrə qadınlardan ibarət komandasının əslən azərbaycanlı üzvləri Tokio 2020-də fərqlənib.
Offsideplus.az xəbər verir ki, Cessika və Cenifer Qədirova əkiz bacılarının da mübarizə apardığı komanda 164,096 balla Yay Olimpiya Oyunlarının bürünc mükafatına yiyələnib.
Qədirovalar iyulun 29-da baş tutacaq fərdi çoxnövçülük üzrə final mərhələsində də mübarizə aparacaq.