Ağır atletika üzrə yığma komandamızın Avropa birinciliyi üçün ilkin heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, federasiya (AAAF) Rusiyanın paytaxtı Moskvada keçiriləcək yarışın ilkin iştirak ərizəsinə 8 idmançı daxil edib.

Mərziyyə Məhərrəmova (49 kq), Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Günel Vəliyeva (64 kq) və
Elnurə Abbasova (71 kq) qadınların yarışında qüvvəsini sınayacaq. Kişilərin mübarizəsində isə Nailxan Nəbiyev (96 kq), Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) mübarizə aparacaq.

Qeyd edək ki, yarışlar aprelin 3-11-də keçiriləcək.