Sərhədlər bağlı olduğu üçün mart ayından bəri Azərbaycanda qalan Tunisin ağırlıqqaldırma üzrə yığma komandası bu gün ölkəmizi tərk edib.
Offsideplus.az xəbər verir ki, millinin misirli baş məşqçisi Xalid Korani, eləcə də, dörd atlet - Kərəm Ben Hnia, Aymen Başa, Nuha Landulsi və Şaima Rahmuni bu gün Bakıdan saat 11:30-da İstanbula uçan təyyarədə yerlərini alıb.