9-14 dekabr 2018-ci il tarixlərində Misirin paytaxtı Qahirədə İslam Həmrəyliyi İdman Federasiyasının 5-ci ağır atletika çempionatı keçiriləcək.

Offsideplus.az xəbər verir ki,  Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda ağır atletika üzrə Azərbaycan yığma komandasının 3 üzvü də iştirak edəcək.

Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında çıxış edəcək millimizin heyəti aşağıdakı kimidir:

Nailxan Nəbiyev və Kamran İsmayılov (hər ikisi – 96 kq), Əliş Nəzərov (102 kq).