PSJ-nin hücumçusu Neymar komandasının yeni müqavilə təklifini rədd edib.

Offsideplus.az xəbər verir ki, buna səbəb 28 yaşlı braziliyalının mövsümün sonunda “Barselona”ya qayıtmaq istəməsidir.

Paris təmsilçisi Neymara illik 50 milyon avro maaş təklif etsə də, ulduz oyunçu daha az maaşla “Barselona”da oynamağa razıdır.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan keçib. Futbolçunun ötən yay Katalon klubuna dönüşü maddi səbəblərə görə alınmamışdı.