Şahmatçımız Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunun yarımfinal mərhələsinin ikinci oyununda beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Nicat bu oyunda ağ fiqurlarla oynayıb və heç-heçə ilə kifayətlənməli olub.
İlk oyunda qələbə qazanan Karlsen finala adlayıb.
Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.