Kişi və qadınlardan ibarət Azərbaycan yığma komandaları Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur oyunlarına çıxıblar.

Offsideplus.az xəbər verir ki, kişilərdən ibarət millimiz bu turda Türkiyə ilə heç-heçə edib - 2:2. Qadınlardan ibarət yığmamız isə İsrailə 3:1 hesabı ilə qalib gəlib.

Kişilər

Türkiyə – Azərbaycan - 2:2

Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov - 0,5:0,5

Əmrə Can – Rauf Məmmədov - 0,5:0,5

Vahap Sanal – Qədir Hüseynov - 1:0

Cəmil Can Ali Marandi – Vasif Durarbəyli - 0:1

Qadınlar

İsrail – Azərbaycan - 1:3

Marsel Yefroimski – Günay Məmmədzadə - 0,5:0,5

Dina Belenkaya – Xanım Balacayeva - 0:1

Maşa Klinova – Gövhər Beydullayeva - 0,5:0,5

Mixal Lahav – Ülviyyə Fətəliyeva - 0:1