Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün yarımfinal görüşləri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Teymur Rəcəbov yarımfinalda Karlsenlə üz-üzə gələcək.  İki gün davam edəcək qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Bu raundun digər cütündə isə ABŞ təmsilçisi Uesli So rusiyalı Yan Nepomnyaşi ilə qüvvəsini sınayacaq.

Turnirin mükafat fondu 220 min ABŞ dollarıdır. Əlavə olaraq 100 min dollar məbləğində bitkoin bonusu var.