İtaliya A Seriyasında XVII turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Milan" ilin son oyununda "Verona"nı qəbul edib.
"Rossoneri" 3 cavabsız topla qələbə qazanıb.
Kristofer Nkunku A Seriyasında qol hesabını açıb. O, bu görüşdə dubl edib. Digər qolu isə Kristian Pulişiç vurub.
"Milan" 35 xalla liderliyə yüksəlib. "Verona" isə 12 xalla 18-ci yerdədir.



