"Yuventus" hücumçusu Duşan Vlahoviç üçün 2025-ci il başa çatıb.

Offsideplus.az xəbər verir ki, "Kalyari" ilə oyunda zədələnən serbiyalı hücumçunun 2 ay meydanlardan uzaq qalacağı gözlənilir.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Vlahoviç cari mövsüm 17 oyunda 6 qol vurmağı bacarıb. Onun "qoca sinyora" ilə müqaviləsi gələn ilin yayında başa çatır.