"Milan" İtaliya A Seriyasının XIII turunda "San Siro"da "Latsio"nu qəbul edib.

Offsideplus.az xəbər verir ki, görüşün ilk hissəsində qol vurulmayıb.

İkinci hissədə Rafael Leao hesabı açıb və bu qol görüşdə yeganə olub.

"Milan" bu qələbə ilə birlikdə xalını 28-ə yüksəldib. Onlar hazırda liderdilər.

"Latsio" isə 18 xalla səkkizincidir.