"Milan" klubu Luka Modriçi buraxmağı düşünmür.
Offsideplus.az xəbər verir ki, "rossoneri" 40 yaşlı futbolçu ilə müqavilə uzatmağı planlaşdırır.
Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Klub ondan razıdır və gələcəkdə onun gənc futbolçulara rəhbərlik etməyini istəyirlər.
Qeyd edək ki, Modriç bu ilin yayında, azad agent kimi "Milan"a qoşulub. O, burada 12 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.



