"Atalanta"nın futbolçusu Ademola Lukman klub tərəfindən ona pis davranıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o, ayrılmaq istəsə də, Berqamo təmsilçisinin onu buraxmadığını bildirib:

"Razılıq var idi ki, uyğun təklif gəlsə, məni buraxacaqlar. Məni niyə buraxmadılar, anlamıram. Hər şeyimi bu kluba vermişəm, amma bir insan və peşəkar futbolçu kimi mənə pis davranırlar".

Qeyd edək ki, Lukman 2022-ci ildən "Atalanta"da çıxış edir. O, burada 117 oyunda 52 qol vurmağı bacarıb.

Onu da əlavə edək ki, nigeriyalı futbolçu ilə "İnter" yaxından maraqlanır.