"Yuventus" daha bir transferi rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" ötən mövsüm icarə əsasında heyətində olan Fransişku Konseysaunu birdəfəlik heyətinə cəlb edib. Gənc futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Konseysau bu yay "Yuventus"un 2-ci transferi olub. Turin klubu daha öncə Conatan Deyvidi heyətinə qatmışdı.