"İnter"in yeni baş məşqçisi Kristian Kivu olacaq.
Offsideplus.az xəbər verir ki, "neradzuri" gənc mütəxəssislə 2 illik müqavilə imzalayacaq.
Bu barədə "Goal İtalia" məlumat yayıb.
Kivu daha öncə "İnter" aşağı yaş qruplarında uzun illər çalışıb. O, bu ilin fevralından "Parma"nı çalışdırırdı. Bu, onun ilk baş məşqçilik təcrübəsi idi.
Rumıniyalı futbolçu kimi 2007-14-cü illərdə İtaliya nəhəngində çıxış edib.