"Real Madrid" klubundan ayrılan Luka Modriç yeni klub axtarışındadır.
Offsideplus.az xəbər verir, xorvatiyalı ulduz ona gələn təklifləri dəyərləndirir. Son olaraq MLS təmsilçisi "İnter Mayami"nin transfer hədəfi olan yarımmüdafiəçi ilə İtaliya A Seriyası klubu maraqlanır.
Məşhur insayder Fabrtitsio Romano "Milan"ın Luka Modriçi heyətinə cəlb etmək istədiyi barədə məlumat yayıb. Klub məşhur futbolçunu yay transfer pəncərəsində əsas hədəflərindən birinə çevirib.
Qeyd edək ki, L.Modriç 2012-2025-ci illərdə "Real Madrid" klubunun şərəfini qoruyub.