İtaliyanın "Milan" klubu Kristian Pulişiçlə müqavilə uzadacaq.

Offsideplus.az xəbər verir ki, onun hazırki sözləşməsi 2027-ci ilin yayında bitirdi. Onun kontraktı 2029-cu ilə qədər artırılacaq.

Amerikalı futbolçunun məvacibi də yüksəldiləcək.

O, cari mövsümdə "Milan"ın ən çox qol vuran oyunçusudur.