İtaliyanın "İnter" klubu gələn mövsüm üçün transfer çalışmalarına başlayıb.

Offsideplus.az xəbər verir ki, xarici mətbuatda "neradzuri"nin Arda Güleri transfer edəcəyi yazılmışdı. Ancaq italiyalı jurnalist Paskual Quarronun verdiyi məlumata görə Milan klubu Niko Pası türkiyəli futbolçudan öndə görür. 

20 yaşlı Pas ötən ilin yayında "Real"dan "Komo"ya transfer olub. Müqavilədəki bəndə görə "kral klubu" onu bu yay 9 milyon avroya yenidən heyətinə qata bilər.

Argentinalı cari mövsüm A Seriyasında 26 oyunda 6 qol vurub.