"Milan"ın yarımmüdafiəçisi icarə əsasında "Bolonya"ya qoşulub.

Offsideplus.az xəbər verir ki, söhbət Tommaso Pobeqadan gedir. O, cari mövsümün sonuna qədər "Bolonya"da oynayacaq. Yayda isə "Bolonya" Pobeqanı daimi transfer etmək hüququna malik olacaq.

Pobeqa "Milan" akademiyasının məzunu olub və komanda ilə 43 oyunda iştirak edərək 3 qol vurub.