Yeni mövsümdən öncə "Atalanta" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, İtaliya yığmasının üzvü Canluka Skamakka zədələnib. 

Hücumçu "Parma" ilə yoldaşlıq oyunu zamanı sol dizinin ön çarpaz bağını qoparıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Skamakka diaqnostik testlərdən keçib və onun sol dizində ön çarpaz bağın yırtıldığını aşkar edib. Klubun məlumatına görə, oyunçu bazar ertəsi artroskopik əməliyyat keçirəcək.

Komandaların görüşü bazar günü baş tutub və "Parma"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.