"Yuventus" rəhbərliyi Bremer haqda yekun qərarı verib.

Offsideplus.az xəbər verir ki, məlumatı Turin təmsilçisinin mətbuat xidməti yayıb.

27 yaşlı müdafiəçi ilə yeni saziş imzalanıb. Braziliyalı 2029-cu ilə qədər "Yuventus"da çıxış edəcək. 

Qeyd edək ki, Bremer 2022-ci ildən "qoca sinyora"da çıxış edir. Müdafiəçi bu müddət ərzində 83 matçda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.