İtaliyanın “İnter” klubunun qapıçısı Yan Zommer ölkə idmanı tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki,  Zommer 9 matçda qol buraxmayan üçüncü qapıçı kimi adını tarixə yazdırıb.

O, buna “Torino”ya səfərdə 3:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

Daha əvvəl “Roma”nın qapıçıları Kriştiano Lupatelli (1999-2001) və Alisson Bekker (2017/2018) bunu bacarıblar.