İtaliyanın “Bolonya” klubu çilili yarımmüdafiəçisi Qari Medellə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu klubla müqaviləsinin müddəti bitən 35 yaşlı futbolçu azad agent kimi Braziliyanın “Vasko da Qama” klubuna keçib.

O, yeni klubu ilə 2024-cü ilin 31 dekabrına kimi anlaşıb.

Medel “Bolonya”ya 2019-cu ildən “Bolonya”da forma geyinirdi.