"Çelsi" klubundan ayrılacağı gözlənilən Kristian Pulişiç karyerasını İtaliya A Seriyasında davam etdirmək istəyir.

 Offsideplus.az "Gazzetta Dello Sport"a istinadla xəbər verir ki, sol cinah vingeri "Milan"a keçmək fikrindədir.

24 yaşlı ABŞ-li futbolçu "rossonyerilər"dən təklif gözləyir.