İtaliya Futbol Federasiyası “Yuventus” klubunun “məvacib maxinasiyaları” ilə bağlı məhkəmə iclası keçirib.

Offsideplus.az xəbər verir, Turin təmsilçisi oyunçuların maaşlarına görə xallardan məhrum edilməyəcək.

Məhkəmə "qoca sinyora"nın günahını etiraf etməsini nəzərə alıb. Beləliklə, klub yalnız 700 min avro məbləğində cərimə ödəyəcək.

Daha əvvəl "Yuventus"un 10 xalı maliyyə fırıldaqçılığına görə silinib.