"Fiorentina" "Barselona"nın maraq dairəsində olan futbolçusu Sofyan Amrabatın qiymətini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki. Florensiya klubu yayda komandadan ayrılacağı gözlənilən Mərakeş millisinin 26 yaşlı yarımmüdafiəçisi üçün 20-25 milyon avro almaq niyyətindədir. Bu barədə "Relevo"nın jurnalisti Toni Xuanmarti "tvitter" hesabında məlumat verib.
Amrabat və Fiorentina arasındakı müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub, lakin sözləşmənin bir il uzadılması variantı var.
İtaliya klubunun rəhbərliyi mövsümün sonunda Kataloniya təmsilçisinə keçmək üçün 26 yaşlı futbolçuya köməklik edəcəyinə söz verib.
Bu mövsüm Amrabat "bənövşələr"in heyətində 45 oyunda, 1 məhsuldar ötürmə edib və 15 sarı vərəqə alıb.
O, 2022-ci il dünya çempionatında isə Mərakeş yığmasının keçirdiyi 7 oyunun hamısında iştirak edib.
Fəqan İbrahimli