İtaliyanın "Milan" klubu hücumçusu Zlatan İbrahimoviçə əvəzləyici tapıb.

 Offsideplus.az "La Gazetta Dello Sport"a istinadla xəbər verir ki, A Seriyası təmsilçisi 41 yaşlı isveçlini Alvaro Morata ilə əvəzləmək niyyətindədir.

Məlumata görə, "Milan" rəhbərliyi Madrid "Atletiko"su ilə danışıqlar aparır.

Qeyd edək ki, İbrahimoviç 2020-ci ildən "rossonyerlər"də top qovur.