"Spetsiya" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Leonardo Sempliçi təyin olunub. 55 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Luku Qottini əvəzləyib.
Qeyd edək ki, "Spezia" bu mövsüm A Seriyasında 19 xalla 17-ci yerdədir.