Qapıçı axtarışında olan "İnter" "Fənərbağça"nın qolkiperi ilə maraqlanır.
Offsideplus.az "Akşam Gazetesi"nə istinadən xəbər verir ki, İtaliya klubunun 38 yaşlı qapıçısı Samir Handanoviç cari mövsümün sonu karyerasını başa vurmaq istəyir. "İnter" Handanoviçi "Fənərbağça"nın 24 yaşlı qolkiperi ilə əvəzləməyi düşünür.
Cari mövsümün sonu "sarı-lacivərtlər"lə müqaviləsinin müddəti başa çatan Altayın klubla görüşləri bir nəticə verməyib. O, qərarını sezonun sonu verəcək. "Transfermarkt"ə görə, 2019-cu ildən "Fənərbağça"da çıxış edən Altay Bayındırın satış qiyməti 13 milyon avrodur.