“Fiorentina” klubu qapıçısı Mikele Çerofolini ilə müqaviləni yeniləyib.

Offsideplus.az xəbər verir ki, Florensiya təmsilçisinin öz yetirməsi olan 23 yaşlı Mikelenin sözləşməsi daha bir il müddətinə uzadılıb.

2017-ci ildən əsas heyətə cəlb olunan qolkiper 2024-cü ilin yayına qədər Florensiya təmsilçisində forma geyinəcək.