"Bolonya" klubunun baş məşqçisi Sinişa Mixayloviç istefaya göndərilib.
Offsideplus.az xəbər verir ki, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu mövsüm uğursuz çıxış edən "Bolonya" 5 turdan sonra 3 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.