“Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Florensiya təmsilçisi “Verona”nın yarımmüdafiəçisi Antonin Barakı heyətinə qatıb. 27 yaşlı çexiyalı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
Florensiyalılar bir illik icarə üçün “Verona”ya 1,5 milyon avro ödəyəcəklər.