İtaliya A Seriyasında 2-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, ötən gün baş tutan görüşlərdə “Napoli” “Montsa”nı qəbul edib və böyük hesabla qalib gəlib. Neapol təmsilçisinin yeni transferi gürcüstanlı hücumçu Xviça Kvaratsxeliya bu oyunda dublla yadda qalıb.

“Empoli” – “Fiorentina” matçında qapılara qol vurulmayıbsa, “Atalanta” - “Milan”  və “Bolonya” - “Verona”  oyunlarında isə qollu bərabərlik qeydə alınıb.

İtaliya A Seriyası 

2-ci tur 

21 avqust

"Empoli" – "Fiorentina" 0:0

"Napoli" – "Monza" 4:0
Qollar: Kvaratsxeliya, 35; 62. Osimhen, 45+2. Kim, 90+3.

"Bolonya" – "Verona" 1:1
Qollar: Arnautoviç, 21 – Henri, 43.

"Atalanta" – "Milan" 1:1
Qollar: Malinovski, 29 – Bennaser, 68.

20 avqust

"Udineze" - "Salernitana" 0:0

"Torino" - "Latsio" 0:0

"Sassuolo" - "Leççe" 1:0
Qol: Berardi, 40.

"İnter" - "Spetsiya" 3:0
Qollar: Martines, 35, Çalhanoğlu, 52, Korrea, 82.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Roma" - "Kremoneze" və "Sampdoriya" - "Yuvenstus" görüşləri ilə yekun vurulacaq.