"Fiorentina" klubu futbolçusu Nikola Milenkoviçlə müqaviləni uzadıb.
Offsideplus.az xəbər verir ki, Serbiya millisinin müdafiəçisinin yeni sözləşməsi 2027-ci ilin yayına qədərdir. O, yeni müqaviləyə əsasən, ilinə 3.5 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, Nikola Milenkoviç 2017-ci ildə “Partizan”dan “Fiorentina”ya transfer olnub.