"Fatih Karagümrük" qapıçısı Emiliano Viviano ilə müqaviləni uzadıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, italiyalı qolkiperlə bir illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, 38 yaşlı qapıçı 2020-ci ildən İstanbul klubunda çıxış edir.