Danimarkanın “Linqbi” klubunda çıxış edən hücumçu Məhəmməd Salah İtaliyanin A Seriyası komandalarından “Empoli”nin transfer hədəfinə düşüb.
Offsideplus.az xəbər verir ki, “Empoli” 17 yaşlı danimarkalı futbolçunu bir həftəlik baxışa dəvət edib.
Salahın “Empoli”nin gənclər komandası ilə məşq edəcəyi və həftəsonu yoxlama görüşündə oynayacağı gözlənilir.
Qeyd edək ki, adıçəkilən futbolçu "Brondbü” (Danimarka) akademiyasının məzunudur.