"Milan" "Çelsi"nin futbolçusu Hakim Ziyeşi heyətinə qatmaq istəyir.

 Offsideplus.az xəbər verir ki, "rossonyerilər"  28 yaşlı mərakeşli  oyunçu üçün "zadəganlar"la  danışıqlara başlayacaq.

Adıçəkilən futbolçunun London klubuyla 2025-ci ilə qədər sözləşməsi var.

Qeyd edək ki, Ziyeş bu mövsüm "Çelsi"nin heyətində 18 qarşılaşmada 3 qol və 4 məhsuldar ötürmə edib.