“Yuventus” klubu futbolçusu Alvaro Morata ilə yollarını ayırmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" müqavilə ilə “Atletiko”ya məxsus olan, icarə əsasında komandada çıxış edən ispan hücumçunun transfer hüquqlarını almayacaq.
Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri Moratanın performansından narazıdır və hücumçunu gələcək planlarına daxil etməyəcək.