İtaliya "İnter"inin futbolçusu İvan Perişiç klubdan ayrılmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi komandasından narazıdır.

Onun müqaviləsi 2022-ci ilin yayınadək olsa da, Perişiç komandadan daha tez ayrılmağı planlaşdırır.

Qeyd edək ki, Perişiç 2015-ci ildən "İnter"də oynayır.