İngiltərənin "Nyukasl Yunayted" klubunun səhmlərini alan Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondunun növbəti hədəfi bəlli olub.

Offsideplus.az "Football İtalia"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı şahzadəsinin vəliəhdi Məhəmməd bin Salmanın başçısı olduğu fond İtaliya "İnter"inə "göz dikib".

Artıq A Seriyası təmsilçisinin səhmlərinin alınması üçün müqavilələr üzərində iş aparılır.

Qeyd edək ki, sözügedən fondun büdcəsi nə az nə çox, 320 milyard funt sterlinq təşkil edir.