"Yuventus"  "Mançester Yunayted"ə transfer olunan Kriştiano Ronaldo boşluğunu "Real"ın hücumçusu ilə doldurmağı planlaşdırır.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Turin təmsilçisi Eden Hazardı heyətinə qatmaq istəyir. Zədələri səbəbindən uzun müddət "Real"da gözlənilən ümidləri doğrultmayan 30 yaşlı forvard "Yuventus"da yeni bir başlanğıc etmək istəyir. Bundan əlavə, mövsümün ilk iki oyununda meydana çıxmasına baxmayaraq, "Kral klubu" Kilian Mbappe transferini açıqlasa, Hazardın komandadakı yeri sual altına düşə bilər.

Qeyd edək ki, "Real" Eden Hazardı 2019-cu ildə 100 milyon avroya heyətinə qatmışdı.