Marko Arnautoviç karyerasını yenidən Avropada davam etdirəcək.
Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, Avstriya millisinin forvardı "Bolonya" ilə razılığa gəlib. Marko müqavilə ilə məxsus olduğu Çinin "Şanxay Şenxua" klubunun rəhbərliyi ilə danışaraq, azad agent statusuna sahib olmağı bacarıb. Odur ki, italyanlar bu keçidə görə asiyalılara transfer haqqı ödəməyəcək. 32 yaşlı hücumçu yeni komandası ilə 3 illik anlaşmaya imza atıb, ildə 2,7 milyon avro maaş alacaq.
Qeyd edək ki, Arnautoviç karyerası ərzində "Tvente", "İnter", "Verder", "Stok Siti", "Vest Hem" kimi klubların şərəfini qoruyub. O, "İnter"lə İtaliya çempionu, ölkə kubokunun sahibi olub, Çempionlar Liqasını qazanıb.