"Bavariya"nın baş məşqçisi Hans Flik bir müddət öncə komandadan ayrılacağını açıqlayıb.
Offsideplus.az "Sport Bild"a istiadən xəbər verir ki, bu açıqlamadan sonra bir çox klublar 56 yaşlı mütəxəssisi komandanın başına gətirmək həvəsinə düşüb. İtaliya A Seriyasından "Yuventus" da bu klublar içərisindədir. Komanda son 9 ildə ilk dəfə birinciliyi əldən veriblər.
Lakin "Qoca Sinyora" rəhbərliyi almaniyalı mütəxəssis uğrunda İngiltərə klubları ilə savaşmalı olacaq. Belə ki, "Arsenal" və "Tottenhem" də Flik ilə yaxından maraqlanır.