İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az Türkiyə mediasına istinadla xəbər verir ki, "neradzurra" "Trabzonspor"un şəfərini qoruyan Uğurcan Çakırı sıralarına qatmaq istəyir.
A Seriya təmsilçisi 24 yaşlı qapıçı üçün qarşı tərəfə 20 milyon avro təklif edir. "Trabzonspor" isə qolkiper üçün 25 milyon avro, üstəgəl bonuslar tələb edir.
Qeyd edək ki, sözügedən oyunçu 2014-cü ildən "bordo mavilər"də çıxış edir.