"Milan" klubunun futbolçusu Hakan Çalhanoğlu A seriyasının 26-cı turunda "Verona" ilə oyunu buraxacaq.
Offsideplus.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçinin əzələlərində problem var. 27 yaşlı futbolçu bu səbəbdən 25-ci turda (1:1) "Udenize" ilə görüşdə də iştirak etməmişdi.
Qeyd edək ki, sabah keçiriləcək "Verona" - "Milan" matçı Bakı vaxtı ilə 18:00-da başlayacaq.