“Nitsa”nın hücumçusu Mario Balotelli yenidən İtaliyada çıxış edə bilər.

Offsideplus.az xəbər verir ki, “Napoli” təcrübəli futbolçunu heyətinə qatmaq istəyir. Fransa klubunun əsas qol silahı A Seriyasının liderinə keçməyin əleyhinə deyil. Hətta transferin qış fasiləsində gerçəkləşəcəyi də istisna olunmur.

Qeyd edək ki, vaxtı ilə “Milan”da da çıxış etmiş Balotellinin “Nitsa” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Hələlik ona yeni müqavilə təklif olunmayıb.

qol.az