"Yuventus" klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo üçün bu gecə "Verona" ilə keçiriləcək oyun xüsusi əhəmiyyət kəsb edə bilər.

 Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu həmin matçda 2 qol vuracağı təqdirdə əfsanəvi Peleyə çatacaq.

Bundan əlavə Ronaldo 6 oyunda 10 qol vurarsa, "Yuventus" klubunun tarixində 100 qol səddinə ən tez çatan futbolçu ünvanına yiyələnəcək.

Qeyd edək ki, "Verona” – “Yuventus” matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.